İnsanlara hürriyət, millətlərə istiqlal!

İran yeni QIRICILAR ALDI - Rus dilini bilən pilotlar AXTARIR

İran Ordusunun Hərbi Hava Qüvvələri gənc pilotların xidmətə cəlb edilməsi məqsədilə tanıtım videosu yayımlayıb.

Elanın ən diqqətçəkən məqamlarından biri namizədlərdən rus dili bilikləri barədə məlumatın tələb olunmasıdır.

Musavat.com xəbər verir ki, rus dilinin tələb kimi göstərilməsi İranın yeni nəsil pilotlarının Rusiya istehsalı olan hərbi texnikalarda, o cümlədən “Su” (“Sukhoi”) ailəsinə daxil olan qırıcılarda idarəetmə təlimi keçəcəyi ilə bağlı ehtimalları gündəmə gətirib.

Bununla belə, elandakı rus dili şərtinin konkret olaraq hansı təyyarə proqramı ilə bağlı olduğu rəsmən açıqlanmayıb.

Qeyd edək ki, İran son illərdə Rusiya ilə hərbi əməkdaşlığını kəskin genişləndirib. Tehran artıq Rusiyadan “Yak-130” təlim-döyüş təyyarələri əldə edib. İran rəsmiləri, həmçinin müasir “Su-35” qırıcılarının da satın alındığını təsdiqləyiblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR