İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın Londondakı səfirliyində ŞOK: bayraq endirildi və... - VİDEO

Londonda keçirilən etiraz aksiyası zamanı nümayişçilər İranın Böyük Britaniyadakı səfirliyinin binasına daxil olublar.

Musavat.com xəbər verir ki, etirazçılar səfirliyin binasının üzərindən İslam Respublikasının rəsmi bayrağını endirərək onun yerinə şah dövrünə aid bayraq asıblar.

Aksiya iştirakçıları bu addımla Tehrandakı mövcud rejimi legitim saymadıqlarını və monarxiya simvolikasına açıq dəstək verdiklərini nümayiş etdiriblər.

Məlumata görə, insidentdən sonra əraziyə polis qüvvələri cəlb olunub, səfirlik ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Hadisə ilə bağlı rəsmi araşdırma aparılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR