Onlayn ictimai-siyasi qəzet
İranın paytaxtına yaxın ərazidə gecə saatlarında hava həyəcanı yaşanıb.
Musavat.com xəbər verir ki, Dəmavənd şəhəri yaxınlığında naməlum uçan obyekt hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
İran KİV-ləri ilkin olaraq obyektin qırıcı təyyarə olduğunu iddia etsələr də, alternativ mənbələr onun pilotsuz uçuş aparatı (PUA) ola biləcəyini bildirirlər. Hadisənin Tehran yaxınlığında baş verməsi isə məsələni daha da həssas edir.
Şahidlərin sözlərinə görə, obyektin çırpılması zamanı baş verən partlayışın miqyası adi PUA zərbəsindən daha böyük olub. Bu isə ya yüksək partlayıcı yük daşıyan pilotsuz aparat, ya da silahlanmış hərbi təyyarə ehtimalını gündəmə gətirir.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ