İnsanlara hürriyət, millətlərə istiqlal!

İranlı deputatdan ŞOK XƏBƏRDARLIQ - Bu raketlərdən 10-nu atsaq...

İran parlamentinin üzvü çərşənbə axşamı verdiyi açıqlamada İslam Respublikasının 80 ayrı bombaya və ya döyüş başlığına bölünə bilən raketlərə sahib olduğunu bildirib.

Musavat.com xəbər verir ki, qanunvericinin sözlərinə görə, bu texnologiya ABŞ-nin hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaq qabiliyyətinə malikdir.

Parlamentin "90-cı maddə" komitəsinin rəis müavini Hüseynəli Hacıdeliqani qeyd edib ki, bu tipli 10 raketin eyni vaxtda buraxılması 800 bombanın hədəfə yönəlməsinə bərabərdir.

O, rəqib sistemlərin effektivliyini şübhə altına alaraq ritorik sualla çıxış edib:

"Hansı THAAD, hansı Patriot onları vura bilər?"

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR