Onlayn ictimai-siyasi qəzet
Ermənistan Baş Prokurorluğunun keçmiş “dqr”in İrəvandakı nümayəndəliyinin binasının müsadirəsi ilə bağlı iddiası məhkəmə tərəfindən icraata qəbul edilib.
Musavat.com xəbər verir ki, ilk prosesin 2026-cı ilin mayında keçiriləcəyi açıqlanıb.
Özünü “qondarma rejimin naziri” adlandıran Njde İskəndəryan “Pastinfo”ya açıqlamasında bunu “təzyiq addımı” kimi şərh edib.
Lakin fakt ondan ibarətdir ki, bu “nümayəndəlik” legitim qurum yox, illərlə bölgədə etnik təmizləmə, terror və qanunsuz silahlı dəstələrin idarə olunması ilə məşğul olmuş qondarma separatçı rejimin izlərindən biridir.
Digər tərəfdən, məhv edilmiş qanunsuz rejimin binası azdır. Beynəlxalq hüquq baxımından binanın müsadirəsi məsələsi yalnız başlanğıcdır. Çünki keçmiş qondarma rejimin liderləri - Robert Koçaryan, Serj Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan və digər silahlı dəstə başçıları - Qarabağda törədilən ağır cinayətlərə görə məsuliyyət daşıyırlar. Bu şəxslər illər boyunca mülki əhaliyə qarşı zorakılıq, qətl, deportasiya və terrorçu dəstələrin yönləndirilməsi kimi əməllərə görə tanınıblar.
Artıq bir çox separatçı fiqurlar - Araik Arutyunyan, Bako Saakyan və digərləri - Bakıdakı istintaq təcridxanasında öz əməllərinə görə məhkəmə qarşısında cavab verirlər.

Bu səbəbdən, təkcə binanın müsadirəsi deyil, qondarma rejimə xidmət etmiş hərbi-siyasi ünsürlərin də qanun qarşısında cavab verməsi tələb olunur.
Azərbaycanın mövqeyi aydındır: Qarabağda törədilmiş cinayətlər unudulmayacaq və hər bir qatil gec-tez ədalət qarşısına çıxacaq.
Musavat.com
02 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ