Onlayn ictimai-siyasi qəzet
Fransanın İrəvandakı səfirliyində keçirilən qəbuldan sonra ərzaq təhlükəsizliyi ilə bağlı fövqəladə yoxlamalara başlanılıb.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Qida Təhlükəsizliyi Müfəttiş Orqanı məlumat yayıb.
Qurumun açıqlamasına görə, Fransanın İrəvandakı səfirliyində keçirilən qəbul üçün ərzaq məhsulları təqdim edən bütün tədarükçülərdə yoxlamalar aparılacaq. Bildirilib ki, yoxlamaların nəticələri ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, qərar səfirlikdə keçirilən rəsmi qəbuldan sonra iştirakçılar arasında mümkün qida zəhərlənməsi ilə bağlı yayılan məlumatlar fonunda qəbul edilib. Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, hadisədən sonra bir neçə nəfər tibbi yardım üçün müraciət edib. Hazırda qida məhsullarından nümunələr götürülərək laborator müayinəyə göndərilib, hadisənin dəqiq səbəbi araşdırılır.
Musavat.com
30 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ