Onlayn ictimai-siyasi qəzet
Sankt-Peterburqun Primorski Rayon Məhkəməsi jurnalist Aleksandr Nevzorov barəsində qiyabi həbs qərarı çıxarıb.
Bu barədə şəhər məhkəmələrinin birləşmiş mətbuat xidmətinin rəhbəri Darya Lebedeva öz Telegram kanalında məlumat yayıb.
Qərara əsasən, həbs qətimkan tədbiri jurnalist Rusiya ərazisinə ekstradisiya olunduğu və ya saxlanıldığı andan etibarən iki ay müddətinə qüvvədə olacaq.
Jurnalist iki cinayət maddəsi – “xarici agent” öhdəliklərindən yayınma və ekstremist fəaliyyəti maliyyələşdirmə maddələri üzrə ittiham olunur.
Qeyd edək ki, avqust ayında məhkəmə jurnalistin həyat yoldaşı Lidiya Nevzorova barəsində də qiyabi həbs qərarı çıxarmışdı. İyul ayında isə cütlük Rusiya məhkəməsi tərəfindən “ekstremist birlik” kimi tanınaraq ölkə ərazisindəki fəaliyyətlərinə qadağa qoyulub. Eyni zamanda, jurnalistin Finlandiya körfəzi sahilində yerləşən dördmərtəbəli villası və torpaq sahələri qanunsuz əldə edildiyi əsası ilə dövlət mülkiyyətinə keçirilib.
Xatırladaq ki, A. Nevzorov Birinci Qarabağ müharibəsi illərində hərbi müxbir kimi cəbhə zonasında çəkilişlər aparıb. O, Qarabağla yanaşı, cəbhənin Qazax-Ağstafa istiqamətində gedən döyüşləri də lentə alaraq xüsusi reportajlar hazırlayıb.//Qafqazinfo
29 Avqust 2026
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ