İnsanlara hürriyət, millətlərə istiqlal!

İstilər 39 gün uzandı – Dünyada təhlükəli dəyişiklik

Dünyada ekstremal istilərin davam etdiyi dövr sürətlə genişlənir.

Musavat.com xəbər verir ki, son 45 ildə quru ərazilərində istilik dalğaları mövsümü orta hesabla təxminən 39 gün uzanıb.

Alimlər 1979–2023-cü illəri əhatə edən iqlim məlumatlarını təhlil ediblər. Araşdırmaya əsasən, ilin ilk istilik dalğası hər onillikdə orta hesabla 3,29 gün daha tez başlayır, sonuncu istilik dalğası isə 5,41 gün daha gec başa çatır.

Daha erkən başlanma tendensiyası quru ərazilərinin 72 faizində, istilərin daha gec bitməsi 79,6 faizində qeydə alınıb. Ərazilərin 92,1 faizində isə istilik dalğaları mövsümünün ümumilikdə uzandığı müəyyənləşdirilib.

2001–2023-cü illərdə sürətlə formalaşan ilk istilik dalğalarının payının da nəzərəçarpacaq dərəcədə artdığı bildirilir. Bu proses kənd təsərrüfatı üçün əlavə risk yaradır. Əsas kənd təsərrüfatı bitkilərinin çiçəkləmə və digər kritik inkişaf mərhələlərində ekstremal istilərə məruz qalan sahələrin payı bəzi bitkilər üzrə 1,6–13,3 faiz artıb.

Araşdırmanın ilk müəllifi Syu Venfanq bildirib ki, istilik dalğalarının daha erkən başlaması və daha sürətlə güclənməsi cəmiyyətlərin və ekosistemlərin hazırlıq üçün malik olduğu vaxtı daha da azalda bilər.

Alimlər səhiyyə, kənd təsərrüfatı və enerji sistemlərində erkən xəbərdarlıq mexanizmlərinin yeni istilik tendensiyalarına uyğunlaşdırılmasını tövsiyə edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR