İnsanlara hürriyət, millətlərə istiqlal!

İvanişvili keçmiş silahdaşını tutdurdu - sabiq baş nazir Qaribaşviliyə 5 il iş kəsilib

Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili çirkli pulların yuyulmasına görə beş il müddətinə azadlıqdan məhrum edilib və 1 milyon lari cərimə olunub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Gürcüstan Baş Prokurorluğu hökmün təqsirin etirafı əsasında verildiyini açıqlayıb: həbs cəzasına əlavə olaraq, məhkəmə 1 milyon lari (təxminən 319.000 avro) cərimə təyin edib.

"O, həmçinin cinayətkar fəaliyyətindən əldə etdiyi gəlirləri və evində aparılan axtarış zamanı müsadirə edilən vəsaitləri dövlətə təhvil verəcək", - Baş Prokurorluğun açıqlamasında deyilir.

Daha əvvəl, 2025-ci ilin oktyabr ayında axtarışlar aparıldığı bildirilib və bu axtarışlar zamanı Qaribaşvili, keçmiş baş prokuror Otar Partsxaladze, Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili və digər səkkiz yaxın adamından 7 milyon dollardan çox və təxminən 140 milyon lari nağd pul müsadirə edilib. Hüquq-mühafizə orqanları həmçinin onlardakı incəsənət əsərlərini və saatlar da daxil olmaqla bahalı əşyaları müsadirə edib.

İrakli Qaribaşvili 2013-2014 və 2021-2024-cü illərdə Gürcüstanın baş naziri vəzifəsində çalışıb. O, həmçinin müdafiə naziri (2019-2021) və polis naziri (2012-2013) vəzifələrində işləyib, 2013-2015-ci illərdə isə hakim "Gürcü Arzusu" partiyasının sədri olub. Qaribaşvili partiyanın qurucusu Bidzina İvanişvilinin ən yaxın adamlarından biri hesab olunurdu.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR