İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırovun oğlu qəzaya düşdü - reanimasiyadadır

Çeçenistan müxalif “Telegram” kanallarında yayılan məlumatlara əsasən, Adəm Kadırov avtomobil qəzası keçirib.

Musavat.com xəbər verir ki, o, reanimasiyaya aparılıb və Moskva şəhərinə təxliyə üçün hazırlanır. Onun vəziyyətinin ağır olduğu iddia olunur.

Məlumata görə, Kadırovun kiçik oğlunun korteji yüksək sürətlə hərəkət edirmiş. Yolda qəfil yaranan maneə səbəbindən avtomobillər bir-birinə çırpılıb və çoxsaylı xəsarət alanların olduğu qeyd edilir. Qəzanın ardından Qroznının mərkəzi küçələrinin bağlandığı, təhlükəsizlik qüvvələrinin əraziyə cəlb olunduğu deyilir. 

photo_2026-01-16_21-49-44.jpg (111 KB)

Hazırda hadisə ilə bağlı rəsmi qurumlar, eləcə də Ramzan Kadırov tərəfindən hər hansı təsdiq və ya təkzib yoxdur. Məlumatların qeyri-rəsmi mənbələrə söykəndiyi vurğulanır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR