Onlayn ictimai-siyasi qəzet
Qırğızıstanda Sosial-Demokrat Partiyasının (SDPK) rəhbəri, keçmiş prezident Almazbek Atambayevin oğlu Qadır Atambayev barəsində ağır məhkəmə hökmü çıxarılıb.
Musavat.com xəbər verir ki, Bişkekin Birinci May rayon məhkəməsi eks-prezidentin oğlunu əmlakı müsadirə olunmaqla tam 4 il müddətinə azadlıqdan məhrum edib.
Dövlət çevrilişi cəhdi işi üzrə partiyanın digər əsas fiquru Temirlan Sultanbekov da zorla hakimiyyəti ələ keçirməyə cəhd maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə dəmir barmaqlıqlar arxasına göndərilib.
Məhkəmənin qərarı ilə onun da bütün var-dövləti müsadirə edilib. Cinayət dəstəsinin digər üzvləri isə 8 ilədək ağır həbs cəzalarına məhkum olunublar.
Xatırladaq ki, sabiq dövlət başçısının oğlu Qadır Atambayev və tərəfdarları ölkədə parlament seçkilərindən dərhal sonra qanlı iğtişaşlar törətmək, dövlət binalarını, hüquq-mühafizə orqanlarını və telekanalları kriminal dəstələrin köməyi ilə zəbt etmək planında ittiham olunaraq xüsusi əməliyyatla qandallanmışdılar.
Ailənin qalmaqallı keçmişi isə bununla bitmir. SDPK-nın banisi Almazbek Atambayev də 2025-ci ilin iyununda qiyabi olaraq 11 il 6 ay həbs cəzası alıb və hazırda İspaniyada gizlənir.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ