Onlayn ictimai-siyasi qəzet
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev kişilərin görüşərkən bir-birini qucaqlaması və öpməsini tənqid edib.
Musavat.com xəbər verir ki, Tokayev bu cür salamlaşma formasının Qazaxıstanın adət-ənənələrinə xas olmadığını bildirib.
Prezidentin sözlərinə görə, kişilər bir-biri ilə möhkəm əl sıxaraq salamlaşmalıdırlar. Tokayev əl sıxarkən əli həddindən artıq yumşaq tutmağı da düzgün hesab etmədiyini deyib.
O, bunu obrazlı şəkildə “isti kotlet və ya budaq kimi” əl uzatmaqla müqayisə edib.
“Bu, düzgün deyil ki, kişilər bir-birini qucaqlamağa, öpməyə başlayırlar”, – Tokayev bildirib.
Qazaxıstan Prezidenti kişilərin salamlaşarkən möhkəm əl sıxmasının ölkənin adət-ənənələrinə daha uyğun olduğunu vurğulayıb.
Musavat.com
24 Avqust 2026
04:30 Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
23 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ