İnsanlara hürriyət, millətlərə istiqlal!

Konqres Rusiya kölgə donanmasına qarşı sanksiya qanununun müzakirəsinə başladı

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Rusiyanın kölgə donanmasına sanksiyalar tətbiq edən qanun layihəsini Senata tövsiyə edib.

Musavat.com xəbər verir ki, məlumat komitənin sədri Cim Riş (Aydaho ştatından Respublikaçı) və komitənin reytinqli demokratı Cin Şahin (Nyu Hempşir ştatından Demokrat) birgə bəyanatında əksini tapıb. Bəyanatda qeyd olunur ki, qanun layihəsi "təsdiqlənib" və baxılmaq üçün Nümayəndələr Palatasının tam iclasına təqdim olunacaq. Qanunvericilər bu sənədi Tramp administrasiyasının Ukrayna böhranını həll etmək səyləri ilə əlaqələndirirlər.

"Rusiyanın kölgə donanmasına sanksiyalar tətbiq edilməsinə dair" qanun layihəsi 2025-ci ilin sentyabr ayında komitə sədri tərəfindən təqdim edilib. Şahin və həm Respublikaçı, həm də Demokrat partiyalarından olan bir neçə ABŞ qanunvericisi qanun layihəsinin həmmüəllifləri olublar. Sənədə əsasən, Rusiyanın "kölgə donanmasına" bağlı olan ankerlərə qarşı sanksiyalar təklif olunur. Bundan əlavə, qanun layihəsi bu tankerlərdən istifadə edərək dəniz nəqliyyatını asanlaşdıran xarici şirkətlərə, eləcə də bu gəmilərdən neft alan liman terminallarına məhdudiyyətlər qoyur. Qanun layihəsi həmçinin Yamal LNG və Arctic LNG 2 layihələrinə məhdudlaşdırıcı tədbirlər tətbiq edir və Nord Stream və Nord Stream 2 qaz boru kəmərlərinə qarşı sanksiyaları genişləndirir. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR