İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin 200-dən çox tanınmış şəxsi Netanyahuya birgə məktub yazıb: Dayandır!

İki yüzdən çox keçmiş yüksək vəzifəli İsrail rəsmiləri və hərbi qulluqçuları da daxil olmaqla, görkəmli İsrail xadimi Baş nazir Benyamin Netanyahu hökumətindən Qərb Sahilində fələstinlilərə qarşı zorakılığa son qoymağı tələb edən məktub imzalayıb.

Musavat.com xəbər verir ki, məlumatı "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən yayıb. Bildirilir ki, imza atanların arasında iki keçmiş baş nazir, 30-dan çox təqaüdçü ordu və hava qüvvələri generalı, keçmiş xarici və daxili kəşfiyyat rəhbərləri, ravvinlər, Nobel mükafatı laureatı və tanınmış İsrail yazıçısı var.

Məktubda onlar Qərb Sahilində yəhudi məskunları tərəfindən həyata keçirilən "etnik təmizləməyə" son qoyulmasını tələb ediblər. Onlar həmçinin Netanyahu hökumətini hərəkətsizlikdə və İsrail Müdafiə Qüvvələrinin, Şin Bet təhlükəsizlik xidmətinin və polisin iştirak etdiyi siyasəti qəsdən yürütməkdə ittiham ediblər.

Qəzetin qeyd etdiyinə görə, bu qədər böyük bir qrup yüksək vəzifəli məmurun bu cür ittihamları indiyədək "praktik olaraq eşidilməmişdi".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR