İnsanlara hürriyət, millətlərə istiqlal!

Kütləvi qadın briqadaları göndərildi: Təyyarə dolusu gəldilər - VİDEO

Rusiyaya Şimali Koreyadan (KXDR) kütləvi şəkildə qadın işçi briqadalarının gətirilməsinə başlanılıb.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan və təyyarə salonunda çəkilən görüntülərdə vahid geyimdə olan onlarca Şimali Koreyalı qadın işçinin Rusiyaya gəlişi anbaan əks olunub.

Gətirilən 40 nəfərlik qrupların istehsalat müəssisələrində, tikiş fabriklərində, mətbəxlərdə və fermalarda işlə təmin olunması təklif edilir.

Məlumata görə, işçilərin saatlıq zəhmət haqqı 480 rubldan (təxminən 9-10 AZN) başlayır.

Bununla belə, Şimali Koreyadan gələn işçi qrupları üçün son dərəcə sərt və xüsusi yaşayış şərtləri müəyyən edilib. Belə ki, gətirilən briqadaları bir-birindən ayırmaq qəti qadağandır və bütün qadın işçilər bir yerdə məskunlaşdırılmalıdır. İşəgötürən onlar üçün tam təcrid olunmuş ayrı bir yaşayış sahəsi - məsələn, binanın ayrı bir mərtəbəsini və ya müstəqil bir tikilini təmin etməyə borcludur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR