İnsanlara hürriyət, millətlərə istiqlal!

Lamiyənin gələcək gəlinləri ilə bağlı arzusu

Aparıcı Lamiyə Ələkbərova gələcək gəlinlərindən gözləntilərini açıqlayıb.

Aparıcı bu barədə "Günorta efirdəyik" verilişində danışıb:

"Hər zaman deyirəm ki, qarşıma xaraktercə özüm kimi gəlin çıxsın, başqasını istəmirəm. Qaynanaya qarşı ürəyi necədirsə, mənə qarşı da elə olsun. Bundan gözəl heç nə ola bilməz. Ana və atamız hamımız üçün çox əziz və əvəzolunmazdır. Amma qaynana və qaynataya da böyük hörmət qoymalıyıq.

Sabah oğullarım evlənib gəlin gətirəndə onlardan nə istəyə bilərəm ki? Bir gülər üz, bir şirin söz. Qabağıma bir fincan çay qoysa, gülə-gülə içəcəyəm. Qoymasa da deyəcəyəm ki, oğluma yaxşı baxs. Oğul anaları gəlindən başqa nə istəyir ki?"

Qeyd edək ki, aparıcının iki oğul övladı var. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2026

11 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR