İnsanlara hürriyət, millətlərə istiqlal!

Liviya sahillərində 53 miqrant suda boğulub

Liviya sahillərində batan qayıqda iki körpə də daxil olmaqla təxminən 53 qanunsuz miqrant ölüb.

Musavat.com xəbər verir ki, bu barədə “əl-Hadath” TV-nin məlumatına görə,
Saharaaltı Afrikadan olan insanları daşıyan qayıq Liviyanın Zuvara şəhərinin sahillərinin şimalında çevrilib.

Liviya hakimiyyəti tərəfindən aparılan axtarış-xilasetmə əməliyyatı zamanı yalnız iki qadın xilas edilib.
Onu da qeyd edək ki, Aralıq dənizində miqrantları daşıyan qayıqların batması ilk hadisə deyil. Son illərdə İtaliya və Yunanıstan sahillərində 10-dan artıq qayıq batıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR