Onlayn ictimai-siyasi qəzet
NASA-nın Curiosity marsoxodu Mars səthinin nadir gecə görüntüsünü əldə edib. Fotoda qaranlığın içində yalnız kiçik bir sahə güclü işıqla aydınlanır və səthin xırdalıqları seçilir.
Musavat.com xəbər verir ki, bu məqsədlə aparat robotlaşdırılmış qolunda quraşdırılmış LED işıqlandırmadan istifadə edib.
Məlumata görə, görüntü Curiosity-nin Qırmızı planetdə olduğu 4740-cı solda (Mars günü) çəkilib. Kadra LED işıqları ilə işıqlandırılmış torpaq sahəsi düşüb, mərkəzdə isə kiçik bir çuxur görünür.
Güclü işıqlandırma nəticəsində xırda daşlar, qum dənəcikləri və çuxurun səth teksturası aydın seçilir. Ətraf kosmik məkan isə tam qaranlığa qərq olduğu üçün kadra yalnız işıq düşən hissə “canlı” detal kimi çıxır.
Musavat.com

04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ