Onlayn ictimai-siyasi qəzet
İlon Mask Böyük Britaniyanın baş naziri Kir Starmeri sərt şəkildə tənqid edərək, onu “başıboş aktyor” adlandırıb. Musavat.com xəbər verir ki, o, bunu öz X hesabında edib: "Starmer başıboş aktyordur. Başqaları ona nə edəcəyini deyir".
Sentyabrın 13-də amerikalı milyarder Londonda mühacirlər əleyhinə etirazlara dəstək verib. O, videobağlantı vasitəsilə kütləyə müraciət edib və Starmer hökumətini tənqid edərək "parlamentin buraxılmasını" tələb edib. Mask həmçinin britaniyalıların "söz azadlığı hüquqlarından istifadə etməkdən qorxduğunu" iddia edib və BBC-ni "Böyük Britaniyanın məhv edilməsində şərik" adlandırıb.
Xatırladaq ki, bu ilin əvvəlində Mask Almaniyadakı seçkilərə müdaxilə edərək, alman cəmiyyətini tənqid etmişdi. Eyni zamand o, İtaliyadakı siyasi proseslərə də müdaxilə etməyə çalışmışdı. Bu cəhdlər onun Tesla avtomobillərinin Avropadakı satışlarının 30 faizdən çox azalması ilə nəticələnmişdi.
Musavat.com
09 Sentyabr 2026
01:56 Dilimizi mükəmməl bilən erməni ekspertdən İrəvana SOS çağırışı – “Qərbi Azərbaycan”lılar gəlir
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ