İnsanlara hürriyət, millətlərə istiqlal!

Maykl Cekson buna görə uşaqlarına maska taxdırıb — FOTO

Dünya şöhrətli müğənni Maykl Ceksonun qızı Paris uşaqlıq illəri ilə bağlı maraqlı açıqlama verib.

Musavat.com lent.az-a istinadən bildirir ki, Paris Cekson atalarının onun və bacı-qardaşlarının üzünü niyə maskalarla gizlətdiyini açıqlayıb.

Paris Cekson bildirib ki, atasının əsas məqsədi övladlarını insanların tanımasından və həddindən artıq diqqətdən qorumaq olub.

Onun sözlərinə görə, Maykl Cekson uşaqlarına maska taxdıqları zaman küçədə heç kimin onların kim olduğunu bilməyəcəyini söyləyirmiş. Bunun sayəsində onlar digər uşaqlar kimi rahat şəkildə gəzə, əylənə və daha adi həyat yaşaya biliblər. Paris həmin dövrdə üzlərini gizlətməyin ona qəribə gəlmədiyini də etiraf edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR