Onlayn ictimai-siyasi qəzet
Almaniya parlamentinin məlumatı keçmiş kanslerin dövlət büdcəsindən etdiyi xərcləri gündəmə gətirib.
Musavat.com xəbər verir ki, Almaniyanın keçmiş kansleri Angela Merkel son iki ilə yaxın müddətdə saç ustası və vizaj xidmətlərinə dövlət büdcəsindən təxminən 65 min avro xərcləyib.
Bu barədə məlumat Bundestaqın mətbuat xidməti tərəfindən açıqlanıb.
Rəsmi məlumatda bildirilir ki, 1 iyul 2024-cü ildən 31 mart 2026-cı ilədək Merkelin bərbər və vizaj xidmətləri üzrə xərcləri 64 min 677 avro təşkil edib.
Bundan əlavə, Merkel həmin dövrdə 9 səfər edib və bu səfərlərə 10 min avrodan çox vəsait sərf olunub.
Almaniyanın digər keçmiş kansleri Olaf Şolts isə eyni müddətdə 4 səfər edib. Onun səfərlərinə 6 min avrodan artıq xərc çəkildiyi bildirilib.
Bundestaqın açıqlamasına görə, Merkel və Şoltsun ofis avadanlıqları üzrə ümumi xərcləri də diqqət çəkir.
Belə ki:
Almaniyada keçmiş kanslerlər müəyyən müddət dövlət hesabına ofis, personal və inzibati dəstək hüququna malik olurlar. Lakin bu xərclər zaman-zaman ictimai müzakirələrə səbəb olur.
Musavat.com
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ