İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur aktrisa göz yaşları içində fəryad etdi: “Pulsuzam, acam” - FOTOLAR

“Yeşilçam”ın təxminən 30 filmində rol alan aktrisa Saadet Gürses illərdir üzləşdiyi sağlamlıq problemləri və maddi çətinliklər barədə göz yaşları içində danışıb.

Musavat.com xəbər verir ki, aktrisa bu barədə Sinem Yıldızın “YouTube” kanalında söz açıb.

Sosial media hesabında səhhətini əks etdirən görüntülər paylaşmasının səbəbinə aydınlıq gətirən Saadet Gürses bildirib ki, məqsədi insanlara vəziyyətini göstərmək və işləmək istədiyini çatdırmaqdır.

“İnsanların bunu necə başa düşdüyünü bilmirəm. Amma mən bu halımla “story” paylaşıram ki, xəstə olduğumu görsünlər. İş istəyirəm, başqa nə istəyəcəyəm ki?”, - deyə Gürses qeyd edib.

Səhhətində yaranan problemlərdən danışarkən göz yaşlarını saxlaya bilməyən aktrisa xəstəlik səbəbindən dişlərini itirdiyini söyləyib. O, daha əvvəl ürək tutması keçirdiyini, həmçinin dəri xəstəliyindən əziyyət çəkdiyini də açıqlayıb.

4-wsya (1).jpg (107 KB)

Maddi vəziyyətinin son dərəcə ağır olduğunu vurğulayan Gürses “Pulsuzam, acam, acam” sözləri ilə yaşadığı çətinliyi ifadə edib.

Aktrisa borcunun 250 min lirə olduğunu bildirib.

“Bütün borcum 250 min lirədir. Bu, bir məşhurun kabab puludur. Bank borcumu göstərim, gedib ödəsinlər. Mən pul dilənmirəm. Yalan danışmıram”, - deyə Saadet Gürses göz yaşları içində qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR