Onlayn ictimai-siyasi qəzet
İran ərazisinə həyata keçirilən hücumlar nəticəsində SEPAH-ın keçmiş kəşfiyyat rəisi Hüseyn Taebin evinə zərbə endirilib.
Musavat.com xəbər verir ki, hazırda Taebin sağ və ya ölü olması barədə heç bir məlumat yoxdur.
Məlumata görə, Hüseyn Taeb uzun illər təşkilatın kəşfiyyat rəhbəri vəzifəsində çalışmış İran generalı və SEPAH-ın veteranıdır. Taeb İranda daxili təhlükəsizliyinin əsas memarlarından biri və təhlükəsizlik qüvvələri daxilində əhəmiyyətli siyasi təsirə malik şəxs kimi tanınır.
Musavat.com
23 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ