Onlayn ictimai-siyasi qəzet
ABŞ-də məşhur realiti-şou iştirakçısı Qreys Lilli narkotik saxladığına görə həbs edilib.
“Southern Hospitality” proqramının 27 yaşlı ulduzu Cənubi Karolinada polis tərəfindən tutulub.
Lilli narkotik maddə saxladığı şübhəsi ilə həbs olunub və 10 500 dollar girov müqabilində azadlığa buraxılıb. Hazırda o, məhkəmə prosesini gözləyir.
Qeyd olunur ki, Lilli ötən ilin dekabrında da saxlanılmışdı. Polis onun üzərində güclü təsirə malik narkotik maddə aşkar etmiş, lakin həmin preparat üçün resept təqdim olunmamışdı.
Hadisə ilə bağlı araşdırma davam edir./Ajans.az
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ