İnsanlara hürriyət, millətlərə istiqlal!

Mixail Saakaşvili: İlham Əliyevi əsrlər boyu xatırlayacaqlar

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib və onu “Azərbaycan xalqının və bütün Qafqazın böyük oğlu” adlandırıb.

Musavat.com xəbər verir ki, Mixail Saakaşvili təbrik mesajında İlham Əliyevin tarixi rolunu xüsusi vurğulayıb. O bildirib ki, İlham Əliyev bir çoxlarının yalnız arzuladığı nailiyyətlərə imza atıb.

“İlham hamımızın xəyal etdiyi məqsədlərə nail oldu: Azərbaycan torpaqlarını azad etdi və sülhü bərqərar etdi, Azərbaycanı passiv obyektdən regionun son dərəcə mühüm və təsirli subyektinə çevirdi”, – deyə Saakaşvili qeyd edib.

Sabiq prezidentin sözlərinə görə, İlham Əliyevin fəaliyyəti təkcə bu gün üçün deyil, gələcək nəsillər üçün də mühüm tarixi irsdir. Saakaşvili vurğulayıb ki, Azərbaycan Prezidentinin adı əsrlər sonra da xatırlanacaq və region tarixində xüsusi yer tutacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR