İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvadan “Rus evi” və həbsdəki Rusiya vətəndaşları ilə bağlı açıqlama

Biz həbsdə olan Rusiya vətəndaşlarının tezliklə azad edilməsini istəyirik. Biz onların qanuni hüquqlarına riayət olunmasını təmin edirik.

Musavat.com-un məlumatına görə, bunu “İzvestiya”ya müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Qaluzin əlavə edib ki, Azərbaycan tərəfi bu yaxınlarda diplomatlarımızın həmin vətəndaşlara, soydaşlarımıza təkrar konsulluq girişinə razılıq verib. “Deməli, bu məsələ qətiyyətlə gündəmdədir və biz soydaşlarımızın tezliklə azadlığa buraxılmasına çalışacağıq” - Rusiya rəsmisi bildirib.

“Biz təbii ki, münasibətlərimizin normallaşdırılması üzrə ümumi prosesin tərkib hissəsi kimi mədəni-humanitar komponentin bərpasının tərəfdarıyıq. Azərbaycanın mədəni-humanitar məkanında Rusiyanın iştirakı da çox mühümdür. Gündəliyimizdəki mövzulardan biri humanitar mövcudluğumuzun, o cümlədən “Rus evi”nin işinin bərpasıdır”, - Qaluzin əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR