Onlayn ictimai-siyasi qəzet
Matviyenkonun oğlunun gizli imperiyası — 12 milyardlıq əmlak ortaya çıxdı
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun oğlu Sergey Matviyenko son illərdə Moskva, Sankt-Peterburq və Leninqrad vilayətində ümumi dəyəri 12 milyard rubldan çox olan iri həcmli daşınmaz əmlaklar əldə edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Proyekt” araşdırma mərkəzinin “Atalar və babalar” layihəsində bildirilir.
Araşdırmaya görə, Matviyenkonun mülkləri arasında:
Bəzi obyektlərin isə artıq satıldığı qeyd olunur.

İtaliyada villa, San-Marinoda maliyyə aktivləri
Araşdırma göstərir ki, Matviyenko ailəsinin xaricdə də böyük aktivləri var. Sergey Matviyenko İtaliyanın Pezaro şəhərində 26 hektarlıq əraziyə sahib üçmərtəbəli villanın faktiki sahibidir. Villa əvvəllər Valentina Matviyenkonun adına olub, daha sonra ofşora keçirilmişdi.
İddiaya görə, Sergey və həyat yoldaşı Yuliya hazırda Pesaroda yaşayır. Ailə kapitalının bir hissəsi Sən-Marino bank sisteminə yönəldilib, hazırda ölkə hakimiyyəti həmin fondlarla bağlı yoxlama aparır.
Sanksiya çağırışları
Aİ rəsmiləri, o cümlədən Avropa Parlamentinin vitse-prezidenti Pina Piçerno, Matviyenkonun oğlu barədə sanksiya tətbiq edilməsini tələb edib.
Keçmiş kriminal qalmaqal
Araşdırmada xatırladılır ki, 1994-cü ildə — Matviyenko Maltada səfir olarkən — oğlu Rusiyada zorakılıq və oğurluq ittihamı ilə həbs edilmişdi və bir müddət yeniyetmələr koloniyasında saxlanılmışdı. Daha sonra ailə onu xaricə göndərib və o, ailə aktivlərinə nəzarət edən şəxsə çevrilib.
Musavat.com
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ