İnsanlara hürriyət, millətlərə istiqlal!

Murad Arifdən sərt sözlər: “Başqasının məclisinə burun soxmaq nədir?”

“Dədə-babalarımız 7 gün, 7 gecə (bəzən 40 gün, 40 gecə) toy edərmişlər. Bəzi bölgələrdə içki mədəniyyəti əsrlərə dayanır. Rayonlarımız var ki, körpənin adına çaxır basdırırlar həyətdə, “böyüyəndə, toyunda içərik” deyərək. Sazın, sözün, şərabçılığın diyarıdır e Azərbaycan. Bu ruh var olunca, qəti qorxusu yoxdur!”

Musavat.com xəbər verir ki, bu sözləri HITMAKER Murad Arif sosial media hesabında yazıb.

Sənətçi toylar ətrafında uzun müddətdir gedən müzakirələrə münasibət bildirib:

“Bilin! Toy sektoru Azərbaycanın MENTAL biznes strukturudur! Xalqın dolanışığı çıxır buradan. Ayıq sürücüsündən tutmuş, xadiməsi, aşbazı, geyim ticarəti, maşın icarəsi, avtomobil satışı, dekorçular, salonlarına qədər. Saymaqla bitməz. Ofisiant tanıyıram, 3 övladını böyüdüb, təhsilini təmin edib. Milyonlarla insanın çörək puluyla oynamaqdan danışırsız?

Ağıllının biri çıxıb norma diktə edir: toylar 100 nəfərlik olsun, maksimum 2 saat davam eləsin. Özüm ölüm, dəlixanadıye… Get özündən, qohumlarından başla da, qardaşım. Dəb nədir? Biri başlayır. O birisinin xoşuna gəlir. Başqaları da təkrar edir.

Səni zorla toya aparan var? Yaxud sənə zorla toyuna 500 adam çağır deyən var? Öz əlindədir. Çətindir özündən başlamağa, dəyişməyə?! Çağırırlar, getmə! Pul salma, sənə də borclu qalmasın kimsə. Niyə bu qədər riyakarıq?! Səmimi olmağı bacarın ay insanlar, SƏMİMİ!!!

Çağıranda deyin ki:

biz o qədər yaxın deyilik,
üzrlü say, gəlmirəm,
planım olacaq, yer saxlama mənə!
imkan o deyil.
növbəti dəfə gələrəm.

Deyin də, ala, bu sözləri. DEYİN BUNU! Bir-birinizə dürüst olun. Nə məcbur edir bu qədər saxta olmağa?! Mısmırıxla gəlib xalxın toyunu “ağırlaşdırmaq” nəyə lazım?!

Eləmə də 500 nəfərlik, elə 50 nəfərlik. Kim sənə nə deyə bilər?!

Başqasının məclisinə, dəbinə, keyfinə BURUN SOXMAQ NƏDİR?

Bəlkə camaatın şəxsi işinə burun soxan “yadlar-gijdər” küy eləməsin deyə, internetə də məhdudiyyət qoysunlar?! Deyirəm? Demirəm axı.

Şəxsən 50-70 nəfərlik banketlər partladıram, gəl görəsən. Amma adamın DAHA ÇOX dostu, rəfiqəsi, əylənən tayfası varsa, necə?!”

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR