İnsanlara hürriyət, millətlərə istiqlal!

Musiala qol vurduqdan sonra huşunu itirdi

“Bayern Münhen”in vingeri Camal Musiala “Leyptsiq”lə yoxlama oyununda huşunu itirib.

Görüş Münhen təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hadisə 83-cü dəqiqədə, 23 yaşlı futbolçunun komandasının üçüncü qolunu vurmasından qısa müddət sonra baş verib. Musialanın vəziyyətinin pisləşdiyini komanda yoldaşı İsmail Saybari vaxtında görərək onu tutub. Əsas səbəb kimi havanın isti olması göstərilib.

Həkimlərin müdaxiləsindən sonra Musiala meydanı tərk edib.

Almaniya mətbuatının məlumatına görə, futbolçunun səhhətində ciddi problem aşkarlanmayıb. (fanat.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR