Onlayn ictimai-siyasi qəzet
Nizami Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr və mətbuat rəhbəri Namidə İsayeva tutduğu vəzifədən ayrılıb.
Musavat.com xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Namidə İsayeva bildirib ki, dörd il ərzində çalışdığı bu vəzifə ona səhiyyə sahəsini daha yaxından tanımaq, vətəndaşlarla peşəkar işləmək, media ilə əlaqələrin qurulması və böhran vəziyyətlərinin idarə olunması sahəsində mühüm təcrübə qazandırıb.
"Gecə saat dörddə gələn zənglər, bazar günü yuxudan oyadan mesajlar, həftəsonu və ya məzuniyyət demədən edilən müraciətlər. Bütün hallarda hər kəsə çatmağa və mümkün qədər əlçatan mətbuat rəhbəri olmağa çalışdım. Ən əsası isə buradan çox gözəl xatirələrlə ayrılıram. Hər son yeni bir başlanğıcdır", - deyə o qeyd edib.
Şahanə Rəhimli
Musavat.com
31 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ