Onlayn ictimai-siyasi qəzet
Bakıda narkotik vasitədən istifadə edən sürücü həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsindən Musavat.com-a verilən məlumata görə, paytaxt sakini Elyar Veyisov idarə etdiyi “Toyota” markalı avtomobillə qayda pozuntusuna yol verdiyi üçün Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.
Eyni qanunazidd əməli təkrar törətdiyinə görə E.Veyisov məhkəmənin qərarı ilə 2 il sürücülük hüququndan məhrum edilməklə 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı bundan sonrada ən kəsərli tədbirlərin görüləcəyini bildirir.
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ