Onlayn ictimai-siyasi qəzet
NATO-nun keçmiş baş katibi Anders Fogh Rasmussen alyansın gələcəyi ilə bağlı sərt və diqqətçəkən açıqlama verib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rasmussen bu barədə Almaniyanın WELT nəşrinə müsahibəsində danışıb.
“Hazırda gördüyümüz şey NATO-nun dağılmasıdır”, deyə o, bildirib.
Rasmussenin sözlərinə görə, Avropa artıq təhlükəsizlik məsələsində ABŞ-dan tam asılı qala bilməz və öz müdafiə sistemini müstəqil şəkildə qurmalıdır.
Keçmiş baş katib bildirib:
“Biz öz ayaqlarımız üzərində dayanmalı və qitəmizi özümüz müdafiə edə bilməliyik.”
O hesab edir ki, Avropaya: yeni müdafiə planları, yeni hərbi imkanlar və yeni təhlükəsizlik arxitekturası lazımdır.
Rasmussen əlavə edib ki, gələcək Avropa təhlükəsizlik sistemində Ukrayna daimi iştirakçı kimi yer almalıdır.
Keçmiş NATO rəhbəri Ukraynanın sürətlə yeni silah və sursat istehsal etdiyini özəlliklə vurğulayıb.
“Bizə Ukrayna Rusiyaya qarşı istehkam kimi lazımdır”,-deyə o, qeyd edib.
Rasmussenin bu açıqlamaları Avropada NATO-nun gələcəyi və ABŞ-Avropa münasibətləri ətrafında gedən müzakirələrin daha da qızışacağına işarə kimi qiymətləndirilir.
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ