İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir onu özünə müşavir təyin etdi - FOTO

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə müşavir təyinatı olub.

Musavat.com Yurd.Media-ya istinadən xəbər verir ki, Natəvan Həsənova rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri vəzifəsinə təyin olunub.

O, 2023-cü ildən bu təyinata qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") Strategiya və biznesin inkişafı departamentinin direktoru vəzifəsində çalışıb.

N.Həsənova ümumilikdə 2018-ci ilin sentyabrından "Azərkosmos"da müxtəlif vəzifələrdə işləyib. 2016-2018-ci illərdə isə "ADY Ekspress"də biznes analitik vəzifəsində fəaliyyət göstərib.

Natəvan Həsənova

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR