İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirdən Orta Dəhliz açıqlaması

Azərbaycanla Ermənistan arasında sülh prosesində bizi növbəti inkişaf gözləyə bilər. TRIPP ABŞ və Ermənistan arasında layihə olsa da, Azərbaycan mütəmadi olaraq hər iki tərəfdən məlumat alır, çünki giriş-çıxış Azərbaycan ərazisindədir.

Musavat.com xəbər verir ki, bu fikirləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan üzərinə düşən işləri sürətlə icra edir: “Dəmir və avtomobil yollarının çəkilməsi çox sürətlə aparılır. Naxçıvan ərazisində dəmiryolu xətlərinin yenilənməsinə başlanıb. Bütün işlər yekunlaşdıqdan sonra Orta Dəhlizin yeni ölçüsü aydın görünəcək. Bunun bütün coğrafiyaya ciddi töhfəsi olacaq. Növbəti mərhələlərdə ticarət genişlənə bilər. 60 min ton yük keçib. Əminəm ki, bu işlərin davamını görəcəyik”.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2026

11 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR