Onlayn ictimai-siyasi qəzet
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi və ədliyyə naziri Akın Gürlek MHP lideri Dövlət Baxçalını Türkiyə Böyük Millət Məclisində ziyarət edib.
Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, daxili işlər naziri Mustafa Çiftçi sosial media hesabından verdiyi açıqlamada bildirib: "Ədliyyə nazirimiz cənab Akın Gürlek ilə birlikdə Milliyyətçi Hərəkat Partiyasının başqanı hörmətli Dövlət Baxçalıya baş çəkdik. Hörmətli Baxçalıya mehriban qəbuluna və milli məsələlərdə göstərdiyi bəsirətli mövqeyi və ölkəmizin mənafeyini üstün tutan yanaşması ilə Türkiyəyə verdiyi mühüm töhfələrə görə təşəkkür edirəm”.
Görüşün detalları barədə açıqlama verilmir.
Musavat.com
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ