İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəriman Həsənzadənin son durumu açıqlandı

Xalq şairi Nəriman Həsənzadə bayram ərəfəsi xəstəxanadan evə buraxılacaq.

Bu barədə Musavat.com-a şairin köməkçisi Arif Mehmandost məlumat verib.

Onun sözlərinə görə, N. Həsənzadənin səhhətində irəliləyiş var:

“Vəziyyəti yaxşıdır, özünü normal hiss edir. Həkimlər istəyir ki, Yeni il öncəsi onu evə buraxsınlar. Səhhətində xeyli irəliləyiş var”.

Qeyd edək ki, 94 yaşlı şair uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkir. Xalq şairi hazırda Mərkəzi Klinik Xəstəxanada müalicə alır. Bundan öncə o, ürəyindən əməliyyat olunmuşdu.

Şahanə Rəhimli
Musava.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR