İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur aktrisa nişanlandı – FOTOLAR

“Kızılcık şerbeti” serialında canlandırdığı “Doğa” obrazı ilə geniş tamaşaçı kütləsinin rəğbətini qazanan aktrisa Sıla Türkoğlu ilə Ata Ayyıldız münasibətlərini nişanla rəsmiləşdiriblər.

Musavat.com xəbər verir ki, cütlük bu xəbəri sosial media hesablarında paylaşdıqları fotolarla elan edib.

Cütlüyün nişan xəbəri böyük maraqla qarşılanıb. Onların yaxınları və məşhur dostları sosial media vasitəsilə təbrik mesajları göndəriblər. Yılmaz Kunt, Eylül Tumbar, Buçe Buse Kahraman, Furkan Kızılay, Yasemin Yazıcı da Sıla Türkoğlu və Ata Ayyıldızı təbrik edən məşhurlar arasında yer alıblar.

Qeyd edək ki, Sıla Türkoğlu 2025-ci ildə “Kızılcık şerbeti”ndən ayrılıb. Məşhur aktrisa son olaraq “Doktor, Başka Hayatta” serialında rol alıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

30 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR