İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu İranla bağlı Trampla RAZILAŞDI

ABŞ administrasiyası İran neftinin Çinə tədarükünün qarşısını almaq üçün yeni tədbirlər görmək niyyətindədir.

Musavat.com xəbər verir ki, məlumatı "Axios" yayıb.

Portal qeyd edir ki,  Vaşinqton İranın nüvə proqramı ilə bağlı danışıqlarda Tehrandan güzəştlər əldə etməyə ümid edir.

Mənbələrə görə, ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu çərşənbə günü Ağ Evdə keçirilən görüşdə ABŞ-ın "İrana iqtisadi təzyiqi, ilk növbədə Çinə neft satışı ilə bağlı artıracağı" barədə razılığa gəliblər.

Portal qeyd edir ki, Amerika tərəfi bunun İranı "nüvə proqramı ilə bağlı əhəmiyyətli güzəştlərə getməyə" məcbur edə biləcəyinə inanır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR