Onlayn ictimai-siyasi qəzet
Türkiyənin ATV kanalında yayımlanan “Nihat Hatipoğlu ilə Sahur” proqramında tamaşaçı qismində iştirak edən Əli Mədət Oğuz maraqlı sual səsləndirib.
Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, gənc din xadimindən “Varlıların halını anlamaq üçün nə etməliyəm?” deyə soruşub.
“Orucun tutulma səbəblərindən birinin kasıbların halını anlamaq olduğu deyilir. Mən illərdir kasıbların vəziyyətini anladığımı düşünürəm. Bir az da varlıların halını anlamaq istəyirəm. Bunun üçün nə etmək lazımdır?”
Ramazan ayı boyunca sahur və iftar verilişlərində tamaşaçıların suallarını cavablandıran din xadimi suala təbəssümlə reaksiya verib.
Hatipoğlu cavabında deyib: “Allah sənə daha çox versin, inşallah. O qədər versin ki, saymayasan. Orucun hikmətlərindən biri də kasıbların halını düşünməkdir”.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ