İnsanlara hürriyət, millətlərə istiqlal!

NYT: İrana edilən hazırkı hücum 2025-ci ilin zərbələrindən daha miqyaslıdır

"The New York Times" qəzeti öz mənbələrinə istinadən xəbər verir ki, hazırda İrana qarşı həyata keçirilən hərbi əməliyyat ötən ilin iyun ayında ABŞ tərəfindən endirilən zərbələrdən daha böyük miqyasda olacaq.

Musavat.com xəbər verir ki, məlumata görə, hücumların hədəf dairəsi kifayət qədər genişdir. İran mediası paytaxt Tehranla yanaşı, ölkənin strateji əhəmiyyətli şəhərlərindən olan İsfahan, Qum, Kərəc və Kirmanşahda da güclü partlayış səslərinin eşidildiyini xəbər verir.

Bu genişmiqyaslı hücumun hədəfləri və vurduğu ziyan barədə təfərrüatlar hələlik dəqiqləşdirilməyib. Lakin hücumun əhatə dairəsi İsrail və müttəfiqlərinin İranın hərbi və nüvə infrastrukturunu tam sıradan çıxarmaq niyyətində olduğunu göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR