Onlayn ictimai-siyasi qəzet
Türkiyənin məşhur seriallarından olan “Kızılcık şerbeti” yeni mövsümə dəyişən aktyor heyəti ilə hazırlaşır.
Musavat.com xəbər verir ki, ekran işində yeni mövsüm öncəsi ayrılıqlar davam edir.
İlk mövsümdən etibarən serialda yer alan aktyorların əksəriyyətinin layihədən ayrılmasından sonra daha bir vida xəbəri gündəmə gəlib.
Belə ki, tanınmış aktrisa Neslihan Yeldan da “Kızılcık şerbeti” serialı ilə yollarını ayırıb. Aktrisanın layihədən ayrılması yeni mövsümlə bağlı gözləntiləri daha da artırıb.
Qeyd edək ki, serialın ilk mövsümündən bu günə qədər aktyor heyətində ciddi dəyişikliklər baş verib. Layihədə ilk mövsümdən qalan aktyorların sayı da xeyli azalıb. Yeni mövsümdə ekran işinə yeni simaların daxil olacağı, süjet xəttində isə bir sıra dəyişikliklərin ediləcəyi gözlənilir.
“Kızılcık şerbeti”nin yeni mövsümündə hansı aktyorların yer alacağı və ayrılan obrazların hekayəsinin necə tamamlanacağı isə tamaşaçılar tərəfindən maraqla gözlənilir.
Könül
Musavat.com
15 Avqust 2026
14 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ