İnsanlara hürriyət, millətlərə istiqlal!

O sənədi Tramp və Pezeşkiyan da imzaladı

ABŞ və İran arasında anlaşma memorandumu ABŞ prezidenti Donald Tramp və İran prezidenti Məsud Pezeşkian tərəfindən imzalanıb.

Musavat.com xəbər verir ki, məlumatı NewsNation jurnalisti Kelli Meyer ABŞ rəsmisinə istinadən yayıb:

"Bazar gün ü anlaşma memorandumu ABŞ vitse-prezidenti J.D.Vens və İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf tərəfindən elektron şəkildə imzalanıb. İndi isə onu Prezident Tramp və Prezident Pezeşkian imzalayıb".

Axios əvvəl Trampın "Fransa prezidenti Emmanuel Makronla Versal Sarayında nahar zamanı müqavilənin surətini şəxsən imzaladığını" bildirmişdi. Portalın məlumatına görə, "imzalanmış müqavilənin fotoşəkli iranlılara və vasitəçi ölkələrə göndərilib".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR