İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ona haqqımı halal etmirəm"

Türkiyəli müğənni Yılmaz Morgül səsləndirdiyi sərt iddialarla yenidən tabloid gündəminə düşüb.

Musavat.com xəbər verir ki, sənətçi açıqlamasında bildirib ki, karyerasının ilk illərində Ebru Gündeşə ciddi dəstək verib və onun musiqi yolunda irəliləməsində mühüm rol oynayıb.

Lakin Morgül iddia edir ki, bu dəstəyə qarşılıq olaraq nankorluqla üzləşib.

“Mən ondan çox incimişəm. O, heç vaxt deməyəcəyim sözlər işlətdi. Ona haqqımı halal etmirəm”, – deyə sənətçi bildirib.

Morgül qeyd edib ki, Ebru Gündeşin ilk səhnə addımlarında belə onun böyük rolu olub. Bu səbəbdən yaşananların onu dərin şəkildə məyus etdiyini vurğulayıb. Sənətçi daha sonra Ajda Pekkan haqqında da diqqətçəkən açıqlamalar verib.

Morgül iddia edib ki, musiqi karyerası boyunca qarşısı tez-tez kəsilib:

“Mən Türkiyənin ən vacib tenorlarından biriyəm, amma onlar həmişə yolumu bağlayırdılar. Mahnım çıxmazdan əvvəl məni dinləyən ilk şəxslər Ajda Pekkan və Adnan Şenses idi, lakin onlar da yolumu açmadılar”.

Morgülün açıqlamaları qısa müddətdə sosial mediada geniş rezonans doğurub və sənət camiəsində müzakirələrə səbəb olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2026

12 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR