İnsanlara hürriyət, millətlərə istiqlal!

Televiziya aparıcısı idi, indi 2 milyon insanın kralı oldu

Uqandada televiziya aparıcısı və jurnalist Edvard Rukidi Kicananqoma Toro krallığının yeni kralı olub.

Musavat.com xəbər verir ki, hakimiyyətin rəsmi ötürülməsi sentyabrın 12-də onun sələfi Oyo Rukidi IV-ün dəfn mərasimi zamanı baş tutub.

Kicananqoma vəfat edən kralın əmisi oğludur. O, bundan əvvəl Uqandanın dövlət televiziyası Uganda Broadcasting Corporation-da xəbər aparıcısı və redaktor işləyib.

Oyo Rukidi IV avqustun 27-də 34 yaşında vəfat edib. O, 1995-ci ildə cəmi üç yaşında kral olmuş və dünyanın ən gənc hakim monarxı hesab edilmişdi.

Uqandanın qərbində yerləşən Toro krallığının siyasi hakimiyyəti yoxdur. Bununla belə, krallıq böyük mədəni təsirə malikdir və iki milyondan çox insanı birləşdirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR