Onlayn ictimai-siyasi qəzet
Aparıcı Lamiyyə Ələkbərova sosial şəbəkədə müğənnilərin adından saxta bilet satanlarla bağlı paylaşım edib.
TikTok-da açılan "Ticket" adlı səhifədə müğənnilərin saxta konsert biletləri satışa çıxarılıb. Səhifədə müğənnilər Nuri Sərinləndirici və xanımı Ceynin konserti üçün biletlərin satıldığı yazılıb.
L.Ələkbərova paylaşım edərək "Diqqət! Gördüyünüz bu səhifə yalan məlumatlar yayaraq, bilet satışını həyata keçirir. Xahiş edirik, diqqətli olub, bu kimi yalanlara aldanmayasınız. Nuri və Ceynin konsertinə rəsmi biletləri digər saytdan alın. Sosial şəbəkələrdəki yalan səhifələrə aldanıb, onlayn satış adı ilə pulunuzu kartlara atıb aldanmayın" sözlərini yazıb. (Axşam.az)
04 Iyul 2026
03 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ