Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində yerləşən “Orsknefteorgsintez” neft emalı zavodu PUA hücumuna məruz qalıb. Hücumdan sonra müəssisənin ərazisində yanğın başlayıb.
Orenburq vilayətinin qubernatoru Yevgeni Solntsev bildirib ki, regionda hava məkanına məhdudiyyətlər tətbiq edilib və “Xalça” (“Kovyor”) planı qüvvəyə minib. Həmçinin Orsk hava limanında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Şəhər rəhbəri Artyom Vorobyov da Orskda PUA hücumunun baş verdiyini təsdiqləyib.
Hazırda yanğının davam etdiyi bildirilir. “Orsknefteorgsintez” Rusiyanın iri neft emalı müəssisələrindən biridir və “Forteİnvest” strukturuna daxildir. Müəssisənin illik neft emalı gücü təxminən 6–6,6 milyon ton təşkil edir. Zavod benzin, dizel yanacağı, mazut, bitum, aviasiya kerosini və digər neft məhsulları istehsal edir.
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Voronej vilayətində yerləşən "Wildberries" şirkətinə məxsus anbar kompleksinə zərbə endirib. Musavat.com xəbər verir ki, şirkətdən verilən məlumata görə, hadisə ilə əlaqədar əməkdaşlar təxliyə edilib və dörd obyektdə iş vaxtaşırı olaraq dayandırılıb.
Vilayət qubernatoru Aleksandr Qusevin bildirdiyinə görə, Novousmanski rayonunda baş verən hücumdan sonra təxminən 16 min və 20 min kvadratmetr sahəni əhatə edən iki böyük yanğın ocağı yaranıb.
Hücum nəticəsində bir kişi həyatını itirib, daha iki nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Xatırladaq ki, ümumi sahəsi 156 min kvadratmetr olan və keçən ilin noyabr ayında istifadəyə verilən bu "Wildberries" anbarı iyul ayının sonlarında da Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalıb.
TVMusavat-ın bu gün saat 11:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi hərbi ekspert Ədalət Verdiyevlə müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
19 Avqust 2026
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ