Onlayn ictimai-siyasi qəzet
Türkiyəli aktrisa Özge Özpirinçci haqqında səsləndirilən iddialarla bağlı hüquqi proses başladıb.
Musavat.com xəbər verir ki, “Kadın” serialında uşaq yaşlarında rol alan Kübra Süzgün sosial media paylaşımında Özpirinçcini və ailəsini təhlükəyə atmaqda ittiham edib.
Süzgün açıqlamasında 7 il əvvəl özünün və ailəsinin “çetelərə yem edildiyini” iddia edib.
Bundan sonra Özge Özpirinçci sosial media hesabında məsələ ilə bağlı açıqlama yayıb. Aktrisa uzun müddət səssiz qalmasının səbəbinin azyaşlı qızı qorumaq olduğunu bildirib.
“Uzun müddətdir heç bir əlaqəm və iştirakım olmadığı halda, məntiqsiz şəkildə içinə çəkildiyim bu prosesdə kiçik bir qız uşağını qorumaq və ona daha çox zərər dəyməsinin qarşısını almaq üçün səssiz qalmağı seçdim”, – deyə o qeyd edib.
Özpirinçci məsələni “maqazin mövzusu” hesab etmədiyini vurğulayıb:
“Kiçik bir qız uşağının psixoloji inkişafına və məxfiliyinə zərər vurulması, gerçəkliklə əlaqəsi olmayan bir hekayənin içində böyüdülməsi maqazin mövzusu edilə biləcək məsələ deyil”.
Aktrisa haqqında səsləndirilən ittihamların həqiqəti əks etdirmədiyini də bəyan edib.
“Şəxsiyyətimə yönəldilən ittihamların heç biri gerçəyi əks etdirmir. Hüquqi hüquqlarımın qorunması məqsədilə lazımi müraciətləri etmiş və müvafiq prosesləri başlatmışam”, – Özpirinçci bildirib.
O, bundan sonra məsələ ilə bağlı əlavə açıqlama verməyəcəyini və davam edən hüquqi prosesin nəticəsini gözləyəcəyini açıqlayıb.
Könül
Musavat.com
04 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ