Onlayn ictimai-siyasi qəzet
İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf Pakistana səfəri zamanı özü ilə Minab şəhərində həlak olmuş uşaqların bəzi əşyalarını aparıb.
Musavat.com "Tasnim"ə istinadən xəbər verir ki, bu əşyalar arasında uşaqların qanına bələnmiş geyimləri və şəxsi ləvazimatları yer alıb.
İran tərəfi bu addımı "ABŞ-nin törətdiyi müharibə cinayətlərinin" bariz sübutu və dünyaya çatdırılmalı olan mühüm bir mesaj kimi qiymətləndirir.
Rəsmi şəxslər qanlı uşaq paltarlarının nümayiş etdirilməsinin beynəlxalq ictimaiyyətin diqqətini dinc sakinlərə qarşı törədilən hücumlara çəkmək məqsədi daşıdığını bildirib.
Qeyd edək ki, İran rəsmilərinin görüşə qara geyimdə qatılması da xüsusi diqqət çəkib.

İqbal RZAYEV,
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ