İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyan gəldi-gedərdi…” - Rusiya MSK-dan İLGİNC AÇIQLAMA

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib ki, Ermənistanda keçirilən parlament seçkiləri çoxsaylı çətinliklər və fundamental pozuntularla müşayiət olunub.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Rusiya Mərkəzi Seçki Komissiyasının iki üzvü, eləcə də ərazi seçki komissiyalarının 24 nümayəndəsi Ermənistanda ötən seçkilərdə müşahidə missiyasının tərkibində çalışıb.

Путин пообещал Памфиловой обсудить выход России из БДИПЧ ОБСЕ — РБК

Pamfilova komissiya iclasında qeyd edib ki, "Hamısı birlikdə parlaq və möhtəşəm çıxış etdi. Səhər tezdən axşama qədər iş asan deyildi. Bir çox çətinliklər və pozuntular var idi, düzünü desək, az deyildi. Bunlar prinsip pozuntuları idi".

“Hakimiyyətin dəyişməsinə baxmayaraq, erməni xalqı Rusiyanın tarixi rolunu və iki ölkə arasındakı münasibətlərin əhəmiyyətini xatırlayır”, - deyə Pamfilova söyləyib. O bildirib ki, iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərə biləcək proseslərə vaxtında reaksiya vermək vacibdir.

“Əminəm ki, müxtəlif siyasətçilər gəldi-gedərdir, amma tarixən formalaşmış münasibətlər qalır. Baxmayaraq ki, Paşinyan dövründə tarix dərslikləri yenidən yazılır, amma erməni xalqının yaddaşı Rusiyanın Ermənistan tarixində nə demək olduğunu və bu münasibətlərin təkcə keçmiş üçün deyil, həm də gələcək üçün nə ifadə etdiyini xatırlayır”, - Pamfilova qeyd edib.

MSK sədri əlavə edib ki, Rusiya ilə Ermənistan arasında normal tərəfdaşlıq münasibətlərinə mane ola biləcək hadisələrin qarşısını almaq və ortaya çıxan problemlərə göz yummamaq üçün davam edən prosesləri öyrənmək vacibdir.

Göründüyü kimi, Rusiyadan seçkilərin nəticələrinə dair ilkin rəsmi reaksiyalar neqativ ritorikadadır. Bundan əvvəl Kreml sözçüsü Dmitri Peskov da seçki pozuntuları olduğunu açıqlamış və yekun nəticələr elan edilənə qədər prezident Putinin təbrik ünvanlamayacağını açıqlamışdı. Rəsmi Moskvanın sözçüsü Mariya Zaxarova isə Qərbin seçkilərə müdaxilə etdiyini bildirmişdi. Duma üzvü Vodolatski isə müxalifətin səslərinin 20 faiz oğurlandığını iddia etmişdi. Yəni Rusiyadan gələn bəyanatlarda seçkilərin nəticələrinə şübhə edilir. Bu dəfə isə MSK sədri Pamfilova fundamental pozuntulardan danışır.

Yeri gəlmişkən, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan bildirib ki, müxalifətin bəzi seçki məntəqələrində hakim Vətəndaş Müqaviləsi Partiyasına yüzlərlə səs əlavə edildiyi barədə açıqlamaları, etiraz qüvvələrinin seçki nəticələrinin saxtalaşdırıldığı Serj Sarkisyanın dövrünün hakimiyyəti ilə eyniləşdirmək cəhdidir. Onun sözlərinə görə, müxalifətin hərəkətlərini başa düşür, xüsusən də bu qüvvələrdən biri olan Çiçəklənən Ermənistanın parlamentə girmək üzrə olduğunu nəzərə alsaq. "Mən onların yerində olsaydım, səslərin yenidən sayılmasını tələb edərdim", - deyə o qeyd edib.

Ermənistanın naziri Türkiyəyə gedir - müzakirələr aparacaq

Qeyd edək ki, bəzi seçki məntəqələrinin səslərinin yenidən sayılması prosesi bu gün, 11 iyun tarixində regional seçki komissiyalarında davam edir və bu proses canlı yayımlanır.
Səsvermənin nəticələrinin yenidən sayılması üçün ümumilikdə 555 məntəqə seçki komissiyasına müraciət edilib. Seçki Məcəlləsinin qaydalarına uyğun olaraq, səslərin yenidən sayılması 12 iyun saat 14:00-da dayandırılmalıdır.

Siyasi ekspert Ramiyə Məmmədova Musavat.com-a bildirib ki, Rusiya Paşinyanın qələbəsinə kölgə salmağa çalışır. Onun fikrincə, yekun nəticələr elan olunduqdan sonra dövlət başçısı Putindən baş nazir Paşinyana təbrik gözləyir: “Buna qədər isə ayrı-ayrı Rusiya orqanlarının rəhbərlərindən mənfi rəylər eşidəcəyik. Onlar seçkilərin nəticələrinə şübhə toxumu səpirlər ki, Paşinyanın qələbəsini gözdən salsınlar. Əslində, konstitusion üstünlüyün olmaması ilə Rusiya müəyyən dərəcədə istəyinə çatıb. Həmçinin müxalifətin əli ilə güc göstərə də bilib. Bu da Moskvanın Ermənistan üzərindən təsirlərinin qaldığını deməyə əsas verir. Yəni Paşinyana əzici üstünlüklə qələbə qazanmağa imkan verilmədi”.

Ekspert hesab edir ki, bununla belə Putin Paşinyanı təbrik edəcək və Moskvada görüş keçiriləcək: “Rusiya prezidenti heç bir münasibət bildirməyib və təmkinli davranmağa çalışır. Sonra siyasi nəzakət naminə Paşinyana təbrik məktubu olacaq. Baş nazir də əvvəldən bəyan edib ki, ilk səfəri Moskvaya olacaq. Məncə, Paşinyan Avrasiya İqtisadi Birliyi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirməyə məcburdur”.

Emil Salamoğlu
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR