İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan hərəkətə keçdi: Kilsə ilə bağlı ELƏ BİR ADDIM ATDI Kİ... - SON DƏQİQƏ

Ermənistan hökuməti cümə axşamı keçirilən iclasda “Mənəvi-Mədəni İctimai Televiziya Şirkəti” QSC-nin ləğv edilərək fəaliyyətinə son verilməsi barədə qərar qəbul edib.

Musavat.com xəbər verir ki, Erməni KİV-lərinin məlumatına görə, sözügedən QSC 2011-ci ildən bəri ölkədə kilsəyə məxsus “Şoğakat” televiziya kanalını yayımlayırdı.

Qərarın əsaslandırılmasında bildirilir ki, şirkətin ləğvinə səbəb oktyabr ayında Ermənistan parlamenti tərəfindən qəbul edilmiş “Audiovizual kütləvi informasiya vasitələri haqqında” qanuna edilən dəyişikliklərdir.

Məlumata əsasən, kilsə televiziya kanalının yayımı 2026-cı il yanvarın 1-dən dayandırılacaq.

Bununla yanaşı, Ermənistan hökuməti ölkənin Torpaq Məcəlləsinə edilən dəyişikliyi də təsdiqləyib. Dəyişikliyə əsasən, Erməni Apostol Kilsəsi torpaq sahələrini əvəzsiz olaraq mülkiyyətinə almaq hüququndan məhrum edilir.

Daha əvvəl erməni KİV-ləri xəbər vermişdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin taxt-tacdan imtina etməsinin vacibliyini bəyan edib və onu ölkənin dövlət təhlükəsizliyi üçün təhdid hesab edir. Paşinyan son açıqlamalarında bildirib ki, bütün ermənilərin katolikosu ruhanilik rütbəsindən məhrum edilib, patriarx taxtını qanunsuz olaraq ələ keçirib, subaylıq əhdini pozub və həyat yoldaşı ilə övladlarının olmasına dair ictimaiyyətə izahat verməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR